Masallıda ustanı elektrik cərəyanı vuraraq öldürüb

Masallı rayonunda ustanı elektrik cərəyanı vurub.

Report-a istinadən, rayon sakini 1976-cı il təvəllüdlü Fuad Kərimovu usta işlədiyi evdə elektrik cərəyanı vurub.

Xəstəxanaya yerləşdirilən kişi orada ölüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.