Hanoy, 21 noyabr, AZƏRTAC Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam dedi: -Zati-aliləri İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Zati-aliləri, Vyetnama rəsmi səfərə xoş gəlmisiniz. Mənə məlumat verildi ki, bu, Sizin bizim ölkəyə ikinci səfərinizdir. Bu da Sizin Vyetnama və onun xalqına bəslədiyiniz səmimi münasibətin göstəricisidir. Mən tam əminəm ki, səfəriniz ikitərəfli münasibətlərimizə yeni təkan verəcək, onları daha da dərinləşdirəcək, məzmunlu və səmərəli edəcək. Ötən ilin mayında Azərbaycana dövlət səfərimiz zamanı Sizin, birinci xanımın, Birinci vitse-prezidentin, ailənizin və Azərbaycan xalqının mənə, Vyetnamın birinci xanımına və Vyetnamın yüksəksəviyyəli nümayəndə heyətinin səmimi şəkildə qəbulundan və qarşılanmasından çox məmnun oldum və bunu yüksək qiymətləndirirəm. Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim. Son illərdə Azərbaycanın ümumi daxili məhsulu artmaqda davam edir. Əhalinin həyat səviyyəsi daim yaxşılaşır və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi davamlı olaraq güclənib. Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik. Uzunmüddətli ənənəvi dostluğumuz hər iki ölkədə nəsillər boyu liderlər və xalqlar tərəfindən qorunub-saxlanılıb və inkişaf etdirilib. Vyetnam keçmişdə milli azadlıq və müstəqillik uğrunda apardığı mübarizədə, həmçinin hazırkı milli inkişaf səylərində Azərbaycanın göstərdiyi dəstəyi hər zaman xatırlayır və yüksək qiymətləndirir. 2025-ci ilin mayında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ikitərəfli əlaqələrimizdə yeni səhifə açan tarixi mərhələdir. Hər iki ölkə qarşısında bütün səviyyələrdə və bütün sahələrdə duran mühüm vəzifə əməkdaşlığımızın məzmununu şaxələndirərək, onu konkret proqramlara, layihələrə və nailiyyətlərə çevirərək xalqlarımıza əhəmiyyətli faydalar qazandırmaqdır. Bu il AQEM Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Sizi bir daha təbrik edirəm. Ümidvaram ki, bugünkü ikitərəfli danışıqlarımız zamanı gələcəkdə razılaşmaların həyata keçirilməsini davam etdirmək, bütün istiqamətlər üzrə əməkdaşlığı daha da inkişaf etdirmək vasitələri və yolları barədə açıq müzakirələr aparacağıq. İndi isə cənab Prezident, çıxış üçün sözü Sizə vermək istəyirəm. x x x Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi: -Cənab Prezident, əziz dostlar. İlk növbədə, ölkənizə rəsmi səfərə gəlmək üçün məni dəvət etdiyinizə, mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Dost Vyetnamı yenidən ziyarət etməyə və ölkənizin sürətli inkişafına şahid olmağa çox şadam. 2014-cü ildə Vyetnama səfər etmişdim və o vaxtdan bəri Sizin rəhbərliyinizlə ölkənizdə müxtəlif istiqamətlərdə möhtəşəm tərəqqi əldə olunmuşdur. Vyetnam indi çox önəmli beynəlxalq aktordur və təkcə regionunuzda deyil, qlobal miqyasda önəmli rol oynayır. Sizin sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir. Sizin də doğru qeyd etdiyiniz kimi, cənab Prezident, münasibətlərimiz strateji əhəmiyyət daşıyır. Ötən il Sizin Azərbaycanda dövlət səfəriniz zamanı biz bu münasibətləri rəsmən strateji səviyyəyə yüksəltdik, lakin bu münasibətlər hətta bundan da əvvəl strateji xarakter daşıyırdı. Xalqlarımız arasında əlaqələrin tarixi kökləri var və Sizin milli dəyərləriniz uğrunda müstəqillik mübarizəniz Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənmişdir. Vyetnamın Prezidenti, böyük rəhbər Ho Şi Minin 1959-cu ildə Azərbaycana tarixi səfəri, həmçinin əlamətdar hadisə olmuşdur və bu səfərlə bağlı xatirələr hələ də bizim qəlbimizdədir. Həmin səfər zamanı Prezident Ho Şi Min Azərbaycanın bəzi sənaye sahələrini, xüsusilə neft sənayesi ilə əlaqəli olan sahələri ziyarət edib. Bundan sonra bir çox azərbaycanlı mütəxəssis neft sənayesinin inkişafına dəstək olmaq üçün Vyetnama göndərilmişdir. Əməkdaşlığımız bir çox sahələri əhatə edir və biz beynəlxalq aləmdə güclü qarşılıqlı əlaqəyə malik olduğumuz üçün çox şadıq. AQEM Zirvə Görüşündə yüksəksəviyyəli iştirakınız üçün Sizə minnətdarıq. x x x Söhbət zamanı ölkələrimiz arasında yüksəksəviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrimizin inkişafında roluna toxunuldu, yeni əməkdaşlıq mexanizmlərinin müəyyənləşdirməsi baxımından bu səfərlərin rolu vurğulandı. Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, AQEM və digər təsisatlar çərçivəsində əməkdaşlığından, həmçinin Azərbaycanla ASEAN arasında əlaqələrin inkişaf etdirilməsi məsələlərindən bəhs olundu. Vyetnamın Xəzər regionu və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığının qurulmasında Azərbaycanın rolunun və dəstəyinin önəmi qeyd edildi. Görüşdə enerji sahəsində, o cümlədən neft-qaz və enerji təhlükəsizliyi, bərpaolunan enerji, iqtisadiyyat, investisiyalar, turizm, təhlükəsizlik, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq, parlamentlərarası münasibətlər, nəqliyyat-logistika, aviasiya və mədəniyyət əlaqələri ilə bağlı məsələlər müzakirə olundu. Azərbaycanın bərpaolunan enerji, o cümlədən külək və Günəş enerjisi sahələrində böyük potensialının olduğu bildirildi. Həmçinin infrastruktur layihələri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, Trans-Xəzər marşrutunun əhəmiyyəti vurğulandı. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı. Görüşdə hər iki ölkənin mina problemindən əziyyət çəkdiyi vurğulandı, bu xüsusda minatəmizləmə sahəsində də tərəfdaşlığın əhəmiyyəti qeyd edildi.Prezident İlham Əliyev 2020-ci ildə Vətən müharibəsi dövründə BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı nəzərdə tutulan məhdudiyyətlərə qarşı Vyetnamın göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və bunun heç vaxt unudulmayacağı dedi. Azərbaycan və Vyetnam xalqlarının müstəqillik və azadlıq uğrunda mübarizədə cəsarət, qəhrəmanlıq nümayiş etdirdikləri vurğulandı, bunun iki xalqı birləşdirən amil olduğu qeyd edildi. Dövlətimizin başçısının səfərinin nəticələrinin ölkələrimiz arasında tərəfdaşlığın gələcəyi üçün mühüm rol oynayacağına əminlik ifadə olundu.Söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
Bu gün
888 xəbər bu gün
Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat apararaq stent yerləşdirib.
Bakının Binəqədi rayonunda kredit götürən şəxsin pulu oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Məlumata görə, vətəndaş polisə şikayət edərək avtomobil almaq üçün bankların birindən 4000 manat…
"Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim".
Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim. Bu sözləri Vyetnam Prezidenti To Lam Azərbaycan…
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusu üzrə daşqaldırma birinciliyi keçirilib. Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata…
Noyabrın 20-də ölkə ərazisində qeydə alınan 92, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis tərəfindən təmin olunub. DİN-in mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, axtarışda olduğuna görə…
"Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim".
"Sizin (Vyetnamın - red.) sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox cəlbedicidir".
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycanın iki idmançısı 1/8 finala yüksəlib. Yarışın son fərdi günündə 90 kq çəki...
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub. Görüşdə çıxış edən Vyetnam...
Xəbər verdiyimiz kimi,noyabrın 20–22-də Hindistanın paytaxtı Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində ilk Sivilizasiyalararası Dialoq Forumu keçirilir. Azərbaycan...
Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam noyabrın 21-də Hanoyda "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist…
Vyetnamın milli dəyərləri uğrunda müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib.
Azərbaycanın əsas magistral yollarından olan M-4 - Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsi tamamilə yararsız vəziyyətə düşüb. Jurnalist Rəşad Rəşidov yolun Ağsudan keçən hissəsindən görüntülər paylaşaraq buranın…
Bakıda kişi futbol oynayarkən ölüb. Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. Belə ki, 1952-ci il təvəllüdlü Yusif Əliyev futbol oynayarkən infarktdan ölüb. Faktla bağlı araşdırma başlanılıb.
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindəki sürüşmə zonasının hazırda aktiv fazada olduğu müəyyən edilib. “XəzərXəbər”ə istinadən, ərazidə yaşayış evinin həyəti ikiyə ayrılıb. Mövcud vəziyyətdən daha çox həmin…
ABŞ və Çin hərbi nümayəndə heyətləri Şanxayda üç gün davam edən danışıqlar keçiriblər. Görüşdə iki ölkənin hərbi qüvvələri arasında gözlənilməz qarşılaşmaların və mümkün silahlı insidentlərin qarşısının alınması…
Azərbaycan musiqi irsinin qorunması və təbliği məqsədilə hazırlanan “Dünənimiz - bugünümüz” adlı layihənin təqdimat mərasimi və media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. Tədbirdə çoxsaylı media…
Hanoy. Trend: Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim. Trend-in xüsusi…
Hanoy. Trend: Sizin (Vyetnamın – red.) sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər…
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ilhaq etdiyi Krıma gedən Krım körpüsünün Ukrayna üçün qanuni hərbi hədəf olduğunu və ona zərbələrin davam etdirilə biləcəyini bildirib…
Azərbaycanın Gəncə şəhərinin rəhbərliyi ilə Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov Oş və Gəncə şəhərləri arasında ticarət-iqtisadi, sənaye, turizm və təhsil sahələrində…
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova sosial şəbəkə hesabında AZALın təyyarə qəzasından sağ çıxan və «Rəşadət» ordeni ilə təltif edilən Aydan Rəhimli barədə paylaşımında…
Azərbaycan millisinin futbolçusu Lorenso Mezzotero İtaliyanın "Sampdoriya" klubu ilə müqaviləsinin müddətini uzadıb.
Aparılan araşdırmalar göstərir ki, XXI əsrin birinci yarısınadək Xəzər dənizinin səviyyəsinin enməsi davam edəcək. 2050-ci ildən sonra isə atmosferdə qərb proseslərinin təkrarlanmasının artması ilə dənizin səviyyəsinin…
Paytaxtın Yasamal rayonunda evdən meyit tapılıb. “Qafqazinfo.az”a istinadən, hadisə İnşaatçılar prospektində yerləşən mənzillərin birində baş verib. Ölən şəxsin 1960-cı il təvəllüdlü Elşad Rüstəmov olması müəyyən edilib…
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindəki sürüşmə zonasının hazırda aktiv fazada olduğu müəyyən edilib. “XəzərXəbər”ə istinadən, ərazidə yaşayış evinin həyəti ikiyə ayrılıb. Mövcud vəziyyətdən daha çox həmin…
Mən Əli Kərimlinin məhkəməsində şahid qismində ifadə verdim. Təxminən bir saat davam edən prosesdə həm vəkillərin, həm prokurorun, həm də hakimin çoxsaylı suallarını cavablandırdım. İfadəmin hər sözünün arxasındayam. Nə…
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 74 yaşlı kişi futbol oynayarkən ölüb. "Report.az"a istinadən, qəsəbə ərazisində yerləşən stadionların birində futbol oynayan 1952-ci il təvəllüdlü Yusif Hüseynbala oğlu…
Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatının ikinci günündə K44 kateqoriyası, 70 kq çəki dərəcəsində mübarizə aparan İmaməddin Xəlilov bürünc medal qazanıb. Paralimpiya çempionumuz 1/8…
Azərbaycanla Vyetnam arasında dostluğun tarixi onilliklər əvvələ gedib çıxır. Bu münasibətlərin təməlində iki mühüm tarixi səfər dayanır. 1959-cu ildə Vyetnamın lideri Ho Şi Min Bakıya gəlib, 1983-cü ildə isə Heydər…
İran Prezidenti Məsud Pezeşkian bölgələrin inkişafı üçün vəsaitin bölüşdürülməsində və işçilərə ödəniş sistemində ədalətsizliyin olduğunu bildirib. Pezeşkian bu barədə İranın kapital bazarına həsr olunmuş illik…
Sumqayıtda 9 yaşlı qız dəm qazından boğulub. "Report" xəbər verir ki, 2017-ci il təvəllüdlü Aynur Taleh qızı Dəmirova yaşadığı evin hamam otağında dəm qazından ölüb. Araşdırmalar aparılır....
Hazırda əməliyyatdan sonra zədəsini sağaltmaqla məşğul olan ''Qalatasaray''ın göz bəbəyi Viktor Osimhenlə bağlı İngiltərə mətbuatında növbəti transfer iddiası ortaya atılıb. Yayboyu zatən nigeriyalı ulduzun ''Mançester…
Vyetnam Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul edir. Bu sözləri Vyetnam Prezidenti To Lam Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib. "Biz Azərbaycandakı vəziyyəti hər…
Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb. Zərərçəkən bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəlib. Bu məqsədlə bankların birindən 4000 manat məbləğində kredit vəsaiti götürərək…
Vyetnamın milli dəyərləri uğrunda müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə…
Azərbaycan təmsilçisi İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında bürünc medal qazanıb. Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən, yarışın ikinci günündə K44…
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 596,9 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə…
Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinin ilk günündə Azərbaycan millisinin 2 üzvü yarımfinala yüksəlib. 60 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli…
Gəncədə uşağına görə aliment ödəməyən qadın cəzalandırılıb.
Hanoy, 21 noyabr, AZƏRTAC Sizin (Vyetnamın – red.) sürətli sosial və iqtisadi inkişafınız bütün dünyaya məlumdur. Ölkənizdəki çox yaxşı investisiya mühiti dünyanın müxtəlif yerlərindən olan bir çox şirkətlər üçün çox…
Naxçıvan, 21 noyabr, AZƏRTAC “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında magistral yolların kənarındakı yaşıllıq zolaqlarının genişləndirilməsi, yaşıllıq sahələrində əkin-bərpa işlərinin…
Hanoy, 21 noyabr, AZƏRTAC Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim. AZƏRTAC xəbər verir ki…
Bakı, 21 noyabr, AZƏRTAC Ümumdünya Ərzaq Proqramı (ÜƏP) gələn il təqribən 91 milyon insana kömək etmək üçün 12,1 milyard dollar tələb edəcək. BMT-nin bu strukturu, həmçinin maliyyə çatışmazlığının davam etməsi və yeni…
Bakı, 21 noyabr, AZƏRTAC Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusu üzrə daşqaldırma birinciliyi keçirilib. Müdafiə Nazirliyindən…
Bakı, 21 noyabr, AZƏRTAC İspaniyanın Barselona şəhərində yerləşən Abat Oliba CEU Universitetində azərbaycanşünaslıq üzrə magistratura proqramının tədrisinə başlanılıb.AZƏRTAC xəbər verir ki, proqramın açılış mərasimində…
Hanoy, 21 noyabr, AZƏRTAC Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə…
Bakı, 21 noyabr, AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 62 ünvanında yerləşən…
Stokholm, 21 noyabr, AZƏRTAC İsveç. 1625-ci il. Gənc kral Qustav II Adolf ölkəni Baltikdə əsas dəniz dövlətinə çevirməyi arzulayır. Bu məqsədlə güclü donanmanın qurulmasına başlanılır. Ən iddialı layihələrdən biri kralın…