Bakıda 74 yaşlı kişi futbol oynayarkən öldü

Bakıda kişi futbol oynayarkən ölüb.

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

Belə ki, 1952-ci il təvəllüdlü Yusif Əliyev futbol oynayarkən infarktdan ölüb.

Faktla bağlı araşdırma başlanılıb.