Türkiyənin “Qalatasaray” klubu qış transfer pəncərəsində İtaliyanın “Napoli” komandasının və Kamerun millisinin üzvü Andre Frank Zambo Anguissanı heyətinə qatmaq istəyir.
Bu barədə “Fotomaç” məlumat yayıb.
İstanbul təmsilçisi 30 yaşlı yarımmüdafiəçini münasib qiymətə transfer etmək niyyətindədir. “Napoli”nin yüksək məbləğ tələb edəcəyi təqdirdə isə keçidin mövsümün sonuna saxlanılması nəzərdən keçiriləcək.
Anguissanın İtaliya klubu ilə müqaviləsinin başa çatmaq üzrə olması “Qalatasaray”ın transfer planlarına təsir edən amillərdəndir.
Qeyd edək ki, hazırda tərəflər arasında rəsmi danışıqlar aparılmır.