Hörmüz boğazında tankerdə parlayış oldu

Hörmüz boğazından keçən tankerdə partlayış olub.

"Reuters"ə istinadən, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Bildirilir ki, Omanın Xəsab şəhərindən 8 dəniz mili şimalda tankerin göyərtəsinə mərmi dəyib.

Partlayışdan sonra gəmidə yanğın olub. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.