Azərbaycan millisi İraqa qalib gəldi

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət mili komandası Bakıda təşkil olunan təlim-məşq toplanışında 2-ci yoldaşlıq oyununu keçirib. Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv bu gün İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda yığmamız 2:1 hesabı ilə qalib gəlib.Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.Azərbaycan (U-20) – İraq (U-20) - 2:1Qollar: Nicat Nərimanov, 25; Şahin İbrahimov, 45 - Moamel Malik Sabah, 67Bizim.Media