Bakı, 20 noyabr, AZƏRTAC Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri münasibətilə rəsmi qəbul keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Koreya Respublikasının Azərbaycandakı səfiri Kan Kimqu çıxış edərək ölkəsinin tarixi, Azərbaycanla əlaqələri və ikitərəfli əməkdaşlığın perspektivlərindən danışıb. Səfir bildirib ki, bu il Koreya Respublikasının Azərbaycandakı səfirliyinin fəaliyyətə başlamasının 20-ci ildönümüdür. Ötən müddətdə diplomatik əlaqələr, praktiki əməkdaşlıq və xalqlar arasında təmaslar sayəsində ikitərəfli münasibətlər daha da möhkəmlənib. Qeyd olunub ki, bu ilin aprelində iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı aparılıb, iyunda isə Bakıda xarici işlər nazirlikləri arasında beşinci siyasi məsləhətləşmələr keçirilib. Həmçinin Koreyadan iki parlament nümayəndə heyətinin Azərbaycana səfəri əlaqələrin inkişafına töhfə verib. Kan Kimqu energetika, təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndiyini vurğulayıb. Qeyd edib ki, bu çərçivədə “Samsung E&A” şirkəti ilə SOCAR arasında anlaşma memorandumu imzalanıb, Bakı Dövlət Universitetində Koreyanın dəstəyi ilə Kompüter Elmləri Mərkəzi fəaliyyətə başlayıb. Səhiyyə sahəsində azərbaycanlı mütəxəssislərin Koreyada təlim keçdiyi, kənd təsərrüfatında isə birgə layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilib. Səfir təhsil və mədəniyyət mübadiləsinin əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, Azərbaycanda təhsil alan koreyalı tələbələrin sayı ötənilki 11 nəfərdən bu il 23 nəfərə yüksəlib. Hazırda 200-ə yaxın azərbaycanlı tələbə Koreyada təhsil alır. Bundan başqa, səfirlik Qlobal Koreya Təqaüd Proqramı çərçivəsində altı azərbaycanlı tələbəni seçib. Diplomatik fəaliyyətini başa vuraraq təqaüdə çıxmağa hazırlaşdığını bildirən Kan Kimqu son diplomatik təyinatının Azərbaycanda olmasından məmnunluğunu ifadə edib, ölkəmizdə gördüyü qonaqpərvərliyə və göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fərid Abdinbəyov isə əlamətdar gün münasibətilə Koreya Respublikasının hökumətini və xalqını təbrik edib. O qeyd edib ki, Azərbaycan Koreya Respublikası ilə qarşılıqlı etimad, hörmət və faydaya əsaslanan münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Diplomatik əlaqələrin qurulmasından ötən dövrdə siyasi dialoq, parlamentlərarası əməkdaşlıq və müqavilə-hüquq bazası ardıcıl inkişaf edib. F.Abdinbəyov iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Azərbaycanın Cənubi Qafqazda Koreyanın ən böyük iqtisadi və ticarət tərəfdaşı olduğunu bildirən səfir “Silk Way West Airlines” aviaşirkətinin Koreyaya müntəzəm yük reyslərinin ticarət əlaqələrinə verdiyi töhfəni qeyd edib. Təhsil sahəsində Bakı Mühəndislik Universiteti ilə Koreyanın İnha Universiteti arasında həyata keçirilən, Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən ikili diplom proqramı uğurlu əməkdaşlıq nümunəsi kimi diqqətə çatdırılıb. Səfir bildirib ki, 2027-ci ildə Azərbaycan və Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü qeyd olunacaq. Bu tarixin ikitərəfli əlaqələrin yeni hədəflər və daha iddialı təşəbbüslər əsasında inkişafı üçün fürsətə çevrilməsinin vacibliyi vurğulanıb.
Bu gün
4192 xəbər bu gün
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıdan İstanbula uçuş zamanı “Rəşadət” ordenli bələdçi Aydan Rəhimli ilə qarşılaşıb. Komitə sədri bu barədə sosial şəbəkə hesabında paylaşım…
Milli komandaların oyunları ilə bağlı Misli Premyer Liqasında yaranan 12 günlük fasilə başa çatıb. Bu gün çempionatda 2-ci dövrəyə start verilib. 12-ci turun ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "İmişli" "Zirə"ni…
Avropa İttifaqı (Aİ) Ukrayna üçün yeni hərbi texnikanın alınmasına bir milyard avro ayrılmasını təsdiqləyib. Bu barədə Aİ Şurasının mətbuat xidməti qurumun rəsmi saytında məlumat yayıb. Vəsait Avropa Sülh Fondundan…
Noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununa bütün biletlər satılıb. Bu barədə "Kəpəz"in saytı məlumat yayıb. Bildirilib ki, 15363 yerlik Gəncə şəhər stadionunda…
Xəbər verdiyimiz kimi, Ayaz Abdullayev "feysbuk" sosial şəbəkə hesabında etdiyi paylaşımla futboldan getdiyini açıqlayıb. 2-ci liqa iştirakçısı "Hypers"in təsisçisi həmin status vasitəsilə FİF-in ünvanına ağır ittihamlar…
Bakının Sabunçu rayonunda həkimin sürücüsü ilə bağbanı arasında baş verən dava bıçaqlanma ilə nəticələnib. Teleqraf-a istinadən, hadisə Bilgəh qəsəbəsinin Mirqasımov küçəsində yerləşən villada qeydə alınıb.Məlumata görə…
Президент США Дональд Трамп заявил, что не желает говорить о гарантиях безопасности для Украины до заключения договоренности об урегулировании конфликта. Отвечая на вопрос о том,...
В Кривом Роге российская баллистическая ракета попала в многоэтажный жилой дом. Об этом сообщают местные паблики. По их данным, в результате удара есть большое количество...
Natiq Cəfərli
Sabir Rüstəmxanlı
İran məni qane edəcək şərtlərlə saziş bağlamağa hələ hazır deyil.
"Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə müharibəni diplomatik yolla başa çatdırmaq istəyir".
Xarici görünüşünü maksimum dərəcədə dəyişdirməyi təşviq edən “Looksmaxxing” trendinin tanınmış simalarından olan amerikalı bloqer Breyden Piters barəsində cinayət işi üzrə yeni təfərrüatlar açıqlanıb. Sfera.az bildirir…
Yaxın günlərdə bəzi bürclər üçün gündəlik həyatın yorğunluğundan uzaqlaşmaq, sevdikləri ilə vaxt keçirmək və istirahət etmək üçün əlverişli imkan yarana bilər. Xüsusilə bir neçə bürcün nümayəndələri üçün səyahət və xoş…
ABŞ prezidenti Donald Tramp demokratların Konqresə təqdim edəcəyi qanun layihələrinə veto qoyacağını bildirib
“Rusiya, Çin və ABŞ liderlərinin müntəzəm əsasda məsləhətləşmələr aparması vacibdir”
Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi texnikanın birgə satın alınması üçün 1 milyard avro ayırmaq barədə razılığa gəlib
Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) avqustun 30-da baş verən “Filo Jet” gəmi qəzası ilə bağlı Girne Qəza Məhkəməsində keçirilən prosesdə 9 təqsirləndirilən şəxs 13-cü dəfə hakim qarşısına çıxıb
ABŞ prezidenti Donald Tramp Ukraynada münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün yaxşı imkanların olduğunu deyib
Baku TV-nin "Qarabağ xronikası" verilişinin budəfəki buraxılışında Ağdamın beş müdafiə xəttindən və rayonun döyüşsüz azad edilməsinin səbəblərindən bəhs olunub.
Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Qarabağ” qarşılaşmasına bütün biletlər satılıb. Bu barədə Gəncə təmsilçisi sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, 15…
ABŞ dövlət katibi Marko Rubio Rusiya, Çin və ABŞ liderlərinin görüşünün üç ölkə arasında gələcək diplomatik və ticarət danışıqları üçün əsas yaratdığını bildirib. Rubio bu barədə…
Azərbaycan Uşaq Fondunun ofisinin qanunsuz boşaldıldığı iddia edilir. Bu barədə fondun sədri Zəhra Bədəlbəyli sosial şəbəkə hesabında məlumat yayıb. “Hal-hazırda sədrlik etdiyim...
Lənkəran rayonunda 21 yaşlı oğlan anasına xəsarət yetirib.
Danimarkanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirini çağıraraq hərbi attaşenin ölkədən çıxarılması barədə məlumat verib. Rusiya mediasına istinadən, bu barədə Danimarkanın XİN rəhbəri Lars Lökke Rasmussen bildirib…
İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Asiya və Sakit Okean Regionu Ölkələri İdarəsinin rəisi İsmayıl Əsədovla görüş keçirib. Bu barədə İndoneziya səfirliyinin…
Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Kəpəz” - “Qarabağ” qarşılaşmasına bütün biletlər satılıb. Bu barədə Gəncə təmsilçisi sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, 15 363 tamaşaçı…
Azərbaycan Uşaq Fondunun ofisinin qanunsuz boşaldıldığı iddia edilir. Bu barədə fondun sədri Zəhra Bədəlbəyli sosial şəbəkə hesabında məlumat yayıb. “Hal-hazırda sədrlik etdiyim Azərbaycan Uşaq Fondunun ofisindəyəm…
Qazax, 20 noyabr, AZƏRTAC “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət…
1992-ci ildə Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə əsir düşüb və ağır işgəncələrə məruz qalan Salman Abbasov vəfat edib. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə…
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskini sərt ifadələrlə tənqid edib. Rusiya XİN rəhbəri bu barədə “Nаşe Kreşşeniye. Predstoyatel” layihəsinə müsahibəsində deyib. Lavrov…
İran məni qane edəcək şərtlərlə saziş bağlamağa hələ hazır deyil. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında bildirib. "Onlar razılaşma əldə etmək istəyirlər, lakin məni qane edəcək şərtlərlə…
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinlə planlaşdırılan üçtərəfli görüşü faktiki olaraq “üçlük sammiti” adlandırıb. Tramp bu barədə Ağ Evdə Asiya turnesinin yekunlarına həsr…
Noyabrın 22-də Misli premyer-liqasının 12-ci turunda keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununa bütün biletlər satılıb. Bu haqda "sarı-göylər"in rəsmi saytı məlumat verib. Bildirilib ki, 15363 yerlik Gəncə şəhər stadionunda
Məlum olduğu kimi braziliyalı əfsanə, ''Qızıl top''un sahibi Ronaldinyo bu günlərdə 46 yaşında rəsmi oyuna çıxdı. O, İtaliyanın C liqası təmsilçisi ''Ravenna''nın heyətində meydana çıxmaqla çoxlarını təəccübləndirdi…
Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi texnikanın birgə satın alınması üçün 1 milyard avro ayırmaq barədə razılığa gəlib. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat…
Dünya Etnospor Konfederasiyasının rəhbəri Bilal Ərdoğan Səudiyyə Ərəbistanına səfər edib. O, səfər çərçivəsində paytaxt Ər-Riyadda keçirilən Etnospor Mədəniyyət Festivalında iştirak edib. Bilal Ərdoğan proqram…
Noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununa bütün biletlər satılıb. Bu haqda "Kəpəz"in saytı məlumat yayıb. Bildirilib ki, 15363 yerlik Gəncə şəhər stadionunda…
Президент США Дональд Трамп заявил, что Вашингтон пытается помочь российскому и украинскому лидерам Владимиру Путину и Владимиру Зеленскому найти выход из конфликта. При этом он...
Президент США Дональд Трамп заявил, что президент России Владимир Путин находится в непростом положении. «Сейчас ему приходится непросто, потому что он втянут в войну, которая...
Президент США Дональд Трамп и Председатель КНР Си Цзиньпин договорились о том, что искусственный интеллект не должен самостоятельно принимать решения, связанные с проведением крупномасштабных военных операций. Как…
В Международном центре мугама прошёл очередной вечер из цикла "Мугамные дестгяхи" в рамках проекта "Азербайджанский мугам". Главным героем программы стал дестгях "Шур" - один из самых тонких и проникновенных в…