“Spartak Moskva” Cənubi Koreya millisinin və “Beşiktaş”ın hücumçusu O Hen Kyu ilə hələ də maraqlanır.
“qırmızı-ağlar” yayın son günündə 25 yaşlı hücumçu ilə bağlı sorğu göndərsələr də, Türkiyə klubunun prezidenti onu satmaqdan imtina edib. Bu barədə transfer məlumatları üzrə ixtisaslaşmış “EvrenChicago” hesabı məlumat yayıb.
Bu mövsüm Oh Hen Kyu bütün yarışlarda 19 oyunda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir.
“Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 15 milyon avrodur.