Hörmətli cənab Prezident!
Mən Sizə bir şəhid övladı olaraq dərin hörmət və minnətdarlıq hissi ilə müraciət edirəm.
Atam Bafalı Suvarov 1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Atamdan mənə qalan ən dəyərli yadigarlardan biri onun şəhidliyinə görə ödənilən vəsait hesabına inşa ediimiş obyekt idi. Arzularımdan biri həmin obyektdə sahibkar kimi fəaliyyət göstərmək idi.
2025-ci ildə Leyla xanım Əliyeva ilə görüşmək imkanım oldu. Görüş zamanı atamdan mənə qalan obyektin tarixçəsini və orada "Yasmin Beauty" adlı gözəllik salonu açmaq arzum olduğunu Leyla xanıma danışdım.
Leyla xanımla görüşümüz çox səmimi şəraitdə keçdi, məni diqqətlə dinlədi və xahişimə böyük həssaslıqla yanaşdı. Bir şəhid övladının arzusuna biganə qalmayaraq bu məsələdə dəstəyini əsirgəmədi. Göstərdiyi diqqət və qayğı isə mənim üçün çox böyük mənəvi dayaq oldu.
Həmin görüşdən sonra problemimin həlli istiqamətində mənə diqqət və dəstək göstərildiyinə görə minnətdarlığımı bildirirəm.
Hörmətli cənab Prezident!
Mənim uçun "Yasmin Beauty" sadəcə bir gözəllik salonu deyil, şəhid atamdan qalan yadigara bağlı arzumun gerçəkləşməsi və öz ayaqlarım üzərində dayanmaq üçün atdığım mühüm addımdır.
Bır şəhid ovladı olaraq mənə göstərilən diqqəti, qayğım və dəstəyi heç vaxt unutmayacağam. Sizə, Leyla xanım Əliyevaya və mənə dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Allah Sizi qorusun!
Dərin hörmətlə,
Suvarova Vüsalə Bafalı qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu