Turun açılış matçında 4 qol VURULDU

Misli Premyer Liqasının 12-ci turunun açılış matçı keçirilib.

Qarşılaşmada “İmişli” Yevlax Şəhər Stadionunda “Zirə”ni qəbul edib.

Matçda “Zirə” 2:0 hesablı üstünlük əldə etsə də, “İmişli” gənc futbolçu Seyxan Fərəcovun qolları ilə bərabərliyi əldə edə bilib.

“İmişli” – “Zirə” - 2:2 (İkinci hissə)

Qollar: Davit Volkov, 44 (0:1), Rikardo Martins, 55 (0:2), Seyxan Fərəcov, 71-pen. (1:2), 76-pen. (2:2)