80 mini açıldı, 14 mini bağlandı – Azərbaycanda iş yerləri ilə bağlı son vəziyyət

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 79,5 min yeni iş yeri yaradılıb.

Bu barədə Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, yeni iş yerlərinin 92,9 faizi özəl sektorun payına düşüb.

Yeni yaradılmış iş yerlərinin 77,3 faizi Bakıda, 6,6 faizi Abşeron-Xızı, 2,4 faizi Gəncə-Daşkəsən, 2,3 faizi Şəki-Zaqatala, 2,2 faizi Quba-Xaçmaz, 1,9 faizi Qarabağ, 1,2 faizi Naxçıvan, 1,2 faizi Qazax-Tovuz, 1 faizi Mərkəzi Aran, 1 faizi Şirvan-Salyan, 0,9 faizi Lənkəran-Astara, 0,8 faizi Şərqi Zəngəzur, 0,7 faizi Mil-Muğan, 0,5 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Yeni iş yerlərinin 22,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 77,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda açılıb.

Beləliklə, yaradılan yeni iş yerlərinin əsas hissəsi Bakının və özəl sektorun payına düşüb.

2026-cı ilin doqquz ayı ərzində isə Azərbaycanda 13.8 min iş yeri bağlanıb. Bunların 34.6 faizi qeyri-dövlət sektorunun payına düşüb. 89.8 faiz fəaliyyət göstərən müəssisə və təşkilatlardakı ixtisarla əlaqədar olub.

Fəridə, Bizim.Media