Sabirabadda evlənmək məqsədilə qaçırıldığı bildirilən yeniyetmə qızın və oğlanın yeri məlum olub.
Qızın atası noyabrın 19-da Cavad kənd sakini, 17 yaşlı oğlanın 15 yaşlı qızını evlənmək məqsədilə qaçırması ilə bağlı polisə müraciət edib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində qız və oğlan kənd ərazisində tapılaraq valideynlərinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.