Tramp onu dünyanın ən qüdrətli adamı adlandırdı

ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparatının yeni rəhbəri Stiven Milleri zarafatla dünyanın ən qüdrətli insanı adlandırıb.

Amerika lideri bu barədə Ağ Evdə keçirilən brifinq zamanı jurnalistlərə açıqlamasında bildirib.

“Yeri gəlmişkən, hazırda bu otaqda dünyanın ən qüdrətli insanı – Ağ Evin aparat rəhbəri Stiven Miller var”, – deyə Tramp bildirib.

Miller noyabrın 9-da Syuzi Uaylsı əvəz edərək Ağ Evin aparat rəhbəri vəzifəsinə təyin olunub.