Masallıda cərəyan vuran usta 4 gün sonra öldü

Masallıda elektrik cərəyanı vuran kişi ölüb.

Hadisə noyabrın 15-də qeydə alınıb.

50 yaşlı Fuad Kərimovu usta kimi işlədiyi evdə elektrik cərəyanı vurub. Həmin gün o, xəstəxanaya yerləşdirilib. Daha sonra F. Kərimov noyabrın 19-da Masallı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin bu zaman yolda dünyasını dəyişib.

Araşdırma aparılır.