"Touchline" ən çox maaş alan futbol məşqçilərinin reytinqini dərc edib.
"Arsenal"ın baş məşqçisi Mikel Arteta ildə 29 milyon avro ilə birinci yerdədir.
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda 26 milyon avro qazanan italyan Simone İndzaqi ikinci, "Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone isə 23,5 milyon avro maaşla üçüncü yerdədir.
Dünyanın ən çox qazanan məşqçilərinin ilk onluğuna həmçinin Luis Enrike, Oliver Qlasner, Xabi Alonso, Joze Mourinyo, Ents Mareska, Ange Postekoqlu və Luçano Spalletti də var.