Orelyen Çuameni ilə bağlı bu yay yayılan şayiələr yalan imiş.
Onun klubunu dəyişəcəyi iddia edilmişdi. Lakin “Real” rəhbərliyi fransalı yarımmüdafiəçi ilə müqaviləni yeniləyib. İspaniya klubunun rəsmi saytının məlumatında tərəflər arasında imzalanan yeni sözləşmənin müddətinin 2032-ci ilin yayına qədər nəzərdə tutulduğu bildirilib.
Çuameni cari mövsümdə “Real”ın heyətində 10 oyuna çıxıb. Fransalı futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb.