Bakı, 20 noyabr, AZƏRTAC Milli Kitabxanada Vətən müharibəsində böyük qalibiyyətin qazanıldığı gün münasibətilə “20 Noyabr – Ağdam Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgilərdə Ağdam şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan bəhs edən ədəbiyyatlar yer alıb.Həmçinin ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar Azərbaycan və digər dillərdə nümayiş olunub.