Rusiyanın Ukraynaya atdığı ballistik raketlərdən biri sərhədi keçərək Polşa ərazisinə düşüb.
Nəticədə Xmelek yaşayış məntəqəsi yaxınlığında güclü partlayış baş verib.
Ölkənin bir neçə bölgəsində hava hücumu sirenləri verilib və yerli sakinlər təhlükə barədə xəbərdarlıq alıblar.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının məlumatına görə, Rusiya hücumu zamanı hərbçilər Polşa hava məkanında naməlum hava vasitəsi aşkar ediblər.
Rusiya raketinin düşdüyü anlar müşahidə kameraları tərəfindən lentə alınıb.