Bakı, 20 noyabr, AZƏRTAC Azərbaycan BMT-nin 19 noyabr 2026-cı ildə Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə açıqladığı hesabata əsasən rekord irəliləyiş əldə edib. Ölkəmiz nüfuzlu dünya reytinqində 2024-cü ildəki 74-cü yerdən 36 pillə irəliləyərək reytinqin 38-ci mövqeyinə yüksəlib. Azərbaycanın ümumi EHİİ göstəricisi 0,8847 bal təşkil edib və bu da 2024-cü ilin göstəricisi (0,7607) ilə müqayisədə 16,3 faiz artım deməkdir. Beləliklə Azərbaycan “Çox yüksək EHİİ” kateqoriyasında daha üstün rəqəmsal inkişafa nail olub və Avstriya, Yaponiya, Kanada, İsrail kimi ölkələrin də yer aldığı V3 altqrupuna yüksəlib.Bu barədə AZƏRTAC-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib.Məlumata əsasən, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən iki ildən bir hazırlanan EHİİ ölkələrin rəqəmsal hökumət sahəsində inkişaf səviyyəsini Onlayn Xidmətlər İndeksi (OSI), Telekommunikasiya İnfrastrukturu İndeksi (TII) və İnsan Kapitalı İndeksi (HCI) olmaqla üç əsas komponent üzrə qiymətləndirir. 2026-cı il hesabatına rəqəmsal dövlət xidmətlərinin inteqrasiyası, vətəndaşların həyat hadisələrinə uyğun xidmətlər və süni intellekt əsaslı həllər kimi yeni istiqamətlər əlavə edilib.Belə ki, Azərbaycanın BMT-nin EHİİ 2026 hesabatında hər üç əsas komponent üzrə ardıcıl irəliləyişi qeydə alınıb. Ən böyük yüksəliş Onlayn Xidmətlər İndeksindədir (OSI). Ölkəmiz bu göstərici üzrə 2024-cü ildəki 67-ci yerdən 56 pillə irəliləyərək dünyada 11-ci yerə yüksəlib.Qeyd edək ki, Onlayn Xidmətlər İndeksi dövlət xidmətlərinin rəqəmsal mühitdə inkişaf səviyyəsini qiymətləndirən beş əsas altindeksi — institusional çərçivə, xidmətlərin təqdim edilməsi, məzmunun təqdim edilməsi, texnologiya, eləcə də vətəndaşların iştirakı və cəlb olunmasını özündə ehtiva edir.Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Böyük Britaniya (12), İslandiya (16), ABŞ (18), Kanada (20), Norveç (22), Avstraliya kimi Avropa və yüksək gəlirli ölkələrin göstəricilərini də üstələyib. İndeksin xidmətlərin təqdim edilməsi altindeksi üzrə ölkəmiz dünyada 10-cu, institusional çərçivə üzrə isə 1-ci yerdədir. Qeyd edək ki, xidmət təqdimatı altindeksində Azərbaycan dünya üzrə EHİİ göstəricisinə görə 8-ci mövqedə olan Estoniya ilə 10-cu yeri bölüşür.Beləliklə, BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində əldə olunan tarixi nəticə ölkədə həyata keçirilən kompleks rəqəmsallaşma tədbirləri fonunda qeydə alınıb. Azərbaycanda rəqəmsal transformasiyanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi, bu sahədə strateji və institusional çərçivənin formalaşdırılması, eləcə də dövlət qurumları arasında koordinasiyalı fəaliyyət rəqəmsal hökumətin inkişafında mühüm rol oynayıb.Rəqəmsal transformasiyaya sistemli yanaşmanın formalaşmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi ardıcıl diqqət mühüm rol oynayıb. Dövlət başçısının sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi, eyni zamanda Rəqəmsal İnkişaf Konsepsiyası, "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı" da daxil olmaqla strateji sənədlərin, eləcə də vençur maliyyələşdirilməsinin və kraudfandinq mexanizmlərinin inkişafına, İKT şirkətlərinin və startapların fəaliyyətinin stimullaşdırılmasına, güzəştlər paketinin genişləndirilməsinə və texnoparkların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsinə yönəlmiş qanunvericilik aktlarının qəbulu həyata keçirilən islahatlara əlavə təkan verib.Bu addımlar dövlət xidmətlərinin rəqəmsallaşdırılmasını, məlumat infrastrukturunun inkişafını, süni intellekt texnologiyalarının tətbiqini, kibertəhlükəsizliyin təmin edilməsini və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasını əhatə edən daha kompleks yanaşmaya keçidi mümkün edib.Bu prioritetlərin sistemli şəkildə həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal transformasiya proseslərinin belə yüksək səviyyədə əlaqələndirilməsi qurumlararası əməkdaşlığın gücləndirilməsinə, qəbul edilən qərarların uzlaşdırılmasına və strateji təşəbbüslərin icrasının sürətləndirilməsinə töhfə verir. Nəticədə rəqəmsal inkişaf getdikcə daha çox konkret nəticələrin əldə edilməsinə, vətəndaşlar və biznes üçün xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş vahid dövlət siyasəti xarakteri alır.Dövlət qurumlarının birgə fəaliyyəti çərçivəsində xidmətlərin yenidən qurularaq tam rəqəmsal formata keçirilməsi və vahid platforma üzərindən təqdim olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə əsas həllərdən biri olan “mygov” müxtəlif dövlət qurumlarının xidmətlərini vahid rəqəmsal mühitdə birləşdirərək vətəndaşların onlara daha rahat və operativ çıxışını təmin edir. “Bir pəncərə” prinsipinin tətbiqi dövlət xidmətlərinin daha inteqrasiya olunmuş və proaktiv model əsasında inkişafına şərait yaradır. Bununla yanaşı, qurumlararası məlumat mübadiləsinin “digital.bridge” əsasında genişləndirilməsi, həmçinin Rəqəmsal Sənəd Dövriyyəsi ilə “Kağızsız hökumət” prinsiplərinin tətbiqi rəqəmsal hökumət ekosisteminin keyfiyyətcə təkamülündə müstəsna rol oynayıb.Qeyd edək ki, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən iki ildən bir dərc olunan EHİİ dünya ölkələrinin rəqəmsal hökumət sahəsində inkişaf səviyyəsini qiymətləndirən əsas beynəlxalq meyarlardan biridir. Bu il EHİİ 194 ölkəni onlayn xidmətlərin inkişaf səviyyəsi, telekommunikasiya infrastrukturu və insan kapitalı olmaqla üç əsas komponent üzrə qiymətləndirib. Ölkələr əldə etdikləri ümumi indeks balına əsasən “aşağı”, “orta”, “yüksək” və “çox yüksək” inkişaf kateqoriyalarına bölünür. İndeksin əsas məqsədi ölkələrdə rəqəmsal dövlət idarəçiliyinin inkişaf dinamikasını izləmək, beynəlxalq müqayisələr aparmaq və bu sahədə təkmilləşdirilməli istiqamətləri müəyyənləşdirməkdir.
Bu gün
1831 xəbər bu gün
Ticarət naziri Ömər Bolat / Anadolu Agency (Wire)
Ermənistan hökuməti sabah “Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. Ermənistan mətbuatına istinadən, bunu ölkənin Baş naziri Nikol Paşinyan…
Noyabrın 20-də polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib…
Bu gün mediada Bədavi Hüseynovun Andorra – Azərbaycan matçının oyun protokolunda yer almaması ilə əlaqədar Azərbaycan millisinə texniki məğlubiyyət veriləcəyi barədə xəbərlər yayılıb. Bu...
Azərbaycan Basketbol Liqasında II turun təxirə salınmış matçında "Sabah" Bakıda "Gəncə" ilə qarşılaşıb.
Gürcüstanda daha bir yaşayış binasında baş verib. Kutaisi şəhərində yaşanan hadisədə qadın xəsarət alıb. Məlumata görə, partlayışa qazsızması səbəb olub. Qadın tibb müəssisəsinə aparılıb və müayinədən keçirilir.
Əməkdar artist Elton Hüseynəliyev Xalq artisti Flora Kərimova haqqında fikirlərini bölüşüb. Müğənni bu barədə “Qonaqcanlı” verilişində danışıb. E.Hüseynəliyev bildirib ki, əvvəllər 45 yaşında səhnədən gedəcəyini düşünsə…
Səudiyyə Ərəbistanı çempionatının IX turunda "Ən-Nəsr" səfərdə "Əl-Əhli"yə 1:3 hesabı ilə uduzub. Görüşün 15-ci dəqiqəsində Kriştiano Ronaldo hesabı açıb. Lakin portuqaliyalı ulduz cəmi üç dəqiqə sonra penaltidən…
Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birgə keçirdikləri tədbirlərlə Milli Parkın su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan S.Babayev saxlanılıb. Bu barədə Daxili…
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla…
Президент США Дональд Трамп в шутку назвал нового главу аппарата Белого дома Стивена Миллера самым могущественным человеком в мире. Соответствующее заявление американский лидер сделал во время брифинга...
Как ранее сообщалось, 21 ноября в Ханое от имени президента Вьетнама То Лама и его супруги Нго Фуонг Ли был дан официальный обед в честь...
В рамках официального визита Президента Азербайджана Ильхама Алиева во Вьетнам принят важный политический документ - Совместное заявление Президента Азербайджанской Республики и Генерального секретаря Центрального…
Azərbaycan Mərkəzi Bankı (AMB) Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən inzibati binası üçün bir illik texniki xidmətlərin satın alınması üçün tender elan edib. Tenderdə iştirak…
23 ноября в Баку стартует Кубок Азербайджана по настольному теннису среди подростков и молодежи. Соревнования пройдут в спортивно-оздоровительном комплексе "Шуа". Как сообщает İdman.biz со ссылкой на Федерацию…
Narkobaron
İran prezidenti
Həsənağa Həsənov
Alimlər insan ömrünü uzatmağa və əhvali-ruhiyyəni yaxşılaşdırmağa kömək edən sadə gündəlik vərdişi açıqlayıblar. Araşdırmalara görə, hər gün cəmi 10 dəqiqə…
ABŞ Prezidenti Donald Tramp Ağ Evin aparatının yeni rəhbəri Stiven Milleri zarafatla dünyanın ən qüdrətli insanı adlandırıb. Amerika…
Masallıda elektrik cərəyanı vuran kişi ölüb. Hadisə noyabrın 15-də qeydə alınıb. 50 yaşlı Fuad Kərimovu usta kimi işlədiyi evdə…
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub…
21 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən…
Bir çox sürücü üçün istifadə edilmiş avtomobil seçərkən etibarlılıq əsas meyarlardan biridir. Çox az adam avtomobilinin tez-tez xarab olmasını istəyir…
Sabirabadda evlənmək məqsədilə qaçırıldığı bildirilən yeniyetmə qızın və oğlanın yeri məlum olub. Qızın atası noyabrın 19-da Cavad…
ABŞ-nin Florida ştatında bu ayın əvvəli yaşayış məntəqəsinə düşən özəl təyyarədə doqquz nəfər həyatını itirib. Pilotun son radio danışıqları və 20 yaşlı…
Ölkənizin ənənəvi dostu olaraq Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş…
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hüquqşünası Nigar Hafizqızı vəfat edib. Bu barədə mərkəz açıqlama yayıb.…
“Ölkənizin ənənəvi dostu olaraq Vyetnam Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq sayəsində…
“Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır”. AZƏRTAC-a istinadən, bunu Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda…
Hanoyda keçirilən rəsmi nahardan yayılan fotolarda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və qızları Leyla Əliyeva ilə Arzu Əliyevanın geyim seçimi…
Ermənistan Rusiyadakı səfir Qurgen Arsenyanı Samvel Mkrtçyanla əvəzləyib Ermənistanın Rusiyadakı yeni səfiri ilə bağlı bu ölkəylə diplomatik razılaşma əldə olunub. Yada…
Geologiya üzrə mütəxəssis, professor Osman Bektaş 2023-cü ildə baş verən Kahramanmaraş zəlzələlərindən sonra bölgədəki seysmik aktivliyi araşdıran elmi tədqiqatı dəyərləndirərək…
Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib. Musavat.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki,…
Xaçmazda məktəbli qız müəmmalı şəkildə vəfat edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 15 yaşlı A.B.-nin meyiti yaşadığı evdə yaxınları tərəfindən…
Rusiyanın Krasnodar diyarında yaşayan azərbaycanlı Tapdıq Həsənov Prezident Vladimir Putinə müraciət edərək ona Rusiya vətəndaşlığı verilməsini istəyib. Onun bu müraciətinin…
Ukrayna Silahlı Qüvvələri gizli “Ayı Tələsi” əməliyyatı zamanı Xarkov bölgəsində 14 yaşayış məntəqəsini və təxminən 200 kvadrat kilometr ərazini azad…
İraqın cənubunda yerləşən Bəsrə əyalətində elektrik stansiyasını qazla təmin edən kəmərdə baş verən partlayış nəticəsində ən azı 4 nəfər həyatını itirib, təxminən 35 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rusiya ordusu Ukraynanın silahlı qüvvələrinin və hərbi-sənaye kompleksinin yüksəkvəzifəli rəsmilərinin, eləcə də əcnəbi nümayəndələrin toplantı yerini hədəfə alıb.
Niderlandın ING bank qrupu Azərbaycanın 2027-ci il üçün fiskal kəsmə qiymətini (icmal büdcənin zərərsizlik qiyməti) bir barel neft üçün təxminən 70 ABŞ dolları səviyyəsində müəyyən edir. Bunu ING-nin Qafqaz, Mərkəzi…
2026-cı ilin son ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanları neçə günlük istirahətin gözlədiyi məlum olub. Banker.az-a istinadən, ayın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunduğundan…