Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionu olub.
Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında K44 kateqoriyasının 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medal qazanıb.
20 yaşlı paralimpiyaçımız 1/8 finalda hindistanlı Mohit Sinqhi, 1/4 finalda monqolustanlı Tyemirbyek Xaulyeti, yarımfinalda isə taypeylı Syao Syan-veni məğlub edərək finala yüksəlib.
Sabir həlledici görüşdə son Paralimpiya çempionu, israilli Asaf Yasuru üstələyərək dünya çempionu tituluna yiyələnib.