Vernidub “Neftçi”nin akademiyas məşqçiləri ilə görüşdü

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub ilə “Neftçi” Futbol Akademiyasının koordinator və məşqçi heyəti arasında görüş keçirilib.

Bu barədə “Neftçi” Peşəkar Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, “Palms Sports” Futbol Mərkəzində baş tutan tədbirdə uşaq futbolu, infrastruktur və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Sonda “Neftçi” Futbol Akademiyasının komandalarına uğurlar arzulanıb.