Mingəçevirdə mənzildən yüksəkrütbəli zabitin meyiti tapıldı

Mingəçevirdə mənzildən kişi meyiti tapılıb.

Oxu.az-a istinadən, hadisə şəhərin Naxçıvan küçəsində yerləşən mənzillərdən birində qeydə alınıb.

Meyiti tapılan şəxs hazırda xidmətdə olan mayor Müşfiq Əliyevdir.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.