Uitkoff Ukrayna üzrə müzakirələrin nəticələrini açıqladı

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Berlində avropalı tərəfdaşlarla baş tutan müzakirələrin məzmunlu və açıq keçdiyini bildirib. O, Ukraynada davamlı sülhün təmin olunması üçün qarşıda hələ mühüm işlərin durduğunu vurğulayıb.