Göyçayda qəza baş verdi, bir nəfər öldü

Göyçayda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Hadisə noyabrın 19-da Göyçay şəhərinin Natavan küçəsində qeydə alınıb.

Nofəl Rüstəmova məxsus “Mercedes” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan Vasif İsmayılovun idarə etdiyi “VAZ” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində V.İsmayılov ölüb, onun avtomobilində olan sərnişin Nurlan Cəbrayılov isə bədən xəsarətləri alıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.