Almaniyanın paytaxtı Berlində keçirilən Ukrayna ilə bağlı Könüllülər Koalisiyasının iclasından əvvəl Albaniya Baş naziri Edi Rama ilə Belçika Baş naziri Bart De Vever arasında yumorla müşayiət olunan anlar yaşanıb.
Redaktor.az-ın xəbərinə görə, De Vever jurnalistlərə açıqlama verdiyi vaxt Rama ona arxadan yaxınlaşaraq qucaqlayıb.
Gözlənilməz jestdən sonra ətrafdakılara dönən Bart De Vever ingilis dilində “Bu, Albaniyalı olmalıdır. O, həmişə arxadan gəlir”, - deyib.
Belçika Baş nazirinin bu zarafatı ətrafdakıların gülüşünə səbəb olub və kameralar tərəfindən lentə alınıb.