Braziliya hökuməti altıgünlük iş həftəsini ləğv edən və iki istirahət günü nəzərdə tutan fərman dərc edib.
Bu barədə hökumətin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
“Bu gün, noyabrın 19-da, cümə axşamı Braziliya hökuməti altıgünlük iş həftəsinin başa çatmasını tənzimləyən fərman dərc edib”, – deyə məlumatda bildirilir.
Yeni qaydalara əsasən, iki günlük istirahət sisteminə keçiləcək. Bu qərar həmkarlar ittifaqlarının, deputatların və ictimaiyyətin dəstəklədiyi genişmiqyaslı kampaniyanın nəticəsidir. Dəyişikliklər mərhələli şəkildə tətbiq olunacaq: dekabrın 6-dan etibarən həftəlik iş saatlarının sayı 44-dən 42-yə endiriləcək, 2027-ci ilin dekabrına qədər isə 40 saata çatdırılacaq. Əmək naziri Luis Marinyu xüsusilə vurğulayıb ki, islahatlar əməkhaqlarının azaldılmasına və işçilərə ödənilən mövcud əlavələrin ixtisarına səbəb olmayacaq.
Bu təşəbbüs Braziliyanı Latın Amerikasının qonşu ölkələri fonunda fərqləndirir. Belə ki, regionun bir çox ölkəsində iş həftəsi hələ də 48 saat təşkil edir. 40 saatlıq iş rejiminə keçid indiyədək yalnız Ekvador, Venesuela və Uruqvayda həyata keçirilib.