Tbilisidə binada partlayış nəticəsində ölənlərin sayı beş nəfərə çatıb (YENİLƏNİB)

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb, üç nəfərin axtarışı davam etdirilir.

Gürcüstan mediasının məlumatına görə, noyabrın 19-da baş vermiş hadisə nəticəsində iki qadın və bir uşaq həlak olub. Dağıntılar altından dörd nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib, bir uşaq isə sağ çıxarılıb.

İlkin məlumata görə, partlayışa qaz qızdırıcısının nasazlığı səbəb olub. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Tbilisi meriyasının məlumatına görə, partlayışın baş verdiyi və ona bitişik giriş istisna olmaqla, binanın digər hissələrində yaşamaq mümkündür.