"Xankəndi" doğma şəhərdə ilk oyunda "Karvan-Yevlax"a uduzdu

Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 8-ci tura start verilib.

Ilk oyun günündə 3 görüş keçirilib.

MOİK - "Səbail" matçında hesab açılmayıb, "Mingəçevir" evdə "Baku Sportinq"ə qalib gəlib - 1:0.

Günün son oyununda doğma şəhərdə ilk dəfə meydana çıxan "Xankəndi" "Karvan-Yevlax"a uduzub (0:2).

Xal durumu: Şahdağ Qusar - 18, Gəncəbasar, Karvan-Yevlax - 16, MOİK - 15, Səbail - 13, Şimal - 8, Mingəçevir - 7, Xankəndi - 6, Zaqatala - 5, Baku Sportinq - 1.

Bombardir: Dileyn Açimi (Gəncəbasar) - 13.