Argentina millisinin və İspaniyanın "Sevilla” klubunun sabiq futbolçusu Ever Banega 38 yaşında peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
Argentinalı yarımmüdafiəçi qərarını açıqlayarkən futbol həyatının yeni mərhələsinə başladığını bildirib:
"Artıq həyatımın yeni mərhələsi başlayır. Bu dəfə futboldan meydandan kənarda zövq almaq istəyirəm. İndi başqa işlərlə məşğul olmağın vaxtıdır”.
2007-ci ildə "Boka Xuniors”da peşəkar karyerasına başlayan Banega sonradan "Valensiya”, "Atletiko Madrid”, "Nyuelz Old Boyz”, "Sevilla”, "İnter”, "Əl-Şabab” və "Defensa” klublarında çıxış edib.\\azxeber.com