Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Lent.az "Bioqrafiya" rubrikasında onun haqqında məlumatları təqdim edir.
- Elçin Babayev kimdir?
Elçin Səfərəli oğlu Babayev fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir.
- Elçin Babayev harada və nə zaman anadan olub?
Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində anadan olub.
- Ailəsi haqqında nə məlumdur?
O, AMEA-nın müxbir üzvü Səfərəli Babayevin oğludur.
- Hansı ali təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərib?
Elçin Babayev 1996–1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində, 1998–1999-cu illərdə Bakı Dövlət Universitetində, 1996–1999-cu illərdə Əmək və Sosial Münasibətlər Akademiyasında pedaqoji fəaliyyət göstərib. Həmçinin 1995–2009-cu illərdə 289 nömrəli məktəb – “Zəngi” liseyində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, 2009–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində və bir sıra ixtisasartırma təhsil müəssisələrində çalışıb.
- Elmi fəaliyyətində hansı vəzifələri tutub?
Elçin Babayev AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini olub. Həmçinin rəsədxananın “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinə rəhbərlik edib.
- Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə nə zaman təyin olunub?
Elçin Babayev 2019-cu il martın 11-də Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilib.
- Rektor vəzifəsinə ikinci dəfə nə zaman təyin olunub?
2024-cü il martın 27-də Elçin Babayev növbəti beş il müddətinə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunub.
-Elçin Babayev hansı mükafatlara layiq görülüb?
2005-ci il dekabrın 14-də "Tərəqqi" medalı təltif edilib.
-Nə zaman vəzifəsindən azad edilib?
O, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad olunub.