Vaşinqton, 19 noyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Tramp noyabrın 20-də Ağ Evdə mətbuat konfransı keçirəcək.AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ lideri “Truth” sosial hesabında məlumat yayıb.“Çindən Vaşinqtona qayıdıram. Bu, möhtəşəm və olduqca əhəmiyyətli səfər oldu. Sabah saat 12:00-da (Şərq vaxtı ilə) Ağ Evdə mətbuat konfransı keçirəcəyəm. Həmçinin Tailand, Filippin və digər ölkələrlə ticarət razılaşmalarını müzakirə edəcəyəm”, – deyə Tramp bildirib. Məlahət Nəcəfova AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqton
Tramp Çinə səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək
Mənbə: azertag.az/xeber/tramp_chine_seferinin_neticeleri_ile_bagli_metbuat_konfransi_kechirecek-4517241