Moskvada, Pokrovski bulvarında yerləşən Ali İqtisadiyyat Məktəbinin (AİM) binasından insanlar təxliyə edilir.
Bu barədə “Ostorojno, novosti” “Telegram” kanalı şahidlərə istinadən məlumat yayıb.
Təxliyənin səbəbi açıqlanmır.
Bundan bir qədər əvvəl Moskva Dövlət Universitetinin (MDU) poliklinikasında yanğın baş verdiyi məlum olub. Mövcud məlumata görə, yanğın artıq söndürülüb.