Tramp Ukrayna ilə bağlı söz verdi

Ukrayna ilə bağlı qərarları Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyini nəzərə almadan qəbul etmək niyyətində deyiləm.

Bu barədə

“Bu ölkənin rəhbəri olduğu üçün onun iştirakı olmadan heç bir addım atmayacağam. Belə davranmayacağam”, – deyə ABŞ lideri bildirib.

Noyabrın 19-da Şençjendə Rusiya, Çin və ABŞ liderlərinin tarixdə ilk üçtərəfli görüşü keçirilib. Görüşün yekununda Vladimir Putin, Si Cinpin və Donald Tramp bəyannamə qəbul ediblər. Sənəddə onlar, xüsusilə, BMT-nin islahatlarına sadiq olduqlarını bəyan edib, bütün ölkələrin rifahı naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmaq planlarını açıqlayıb, Beynəlxalq Cinayət Məhkəməsini və digər analoji qurumları səlahiyyətlərindən sui-istifadə etməməyə çağırıb, nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması ilə bağlı dialoq aparmaq barədə razılığa gəliblər.