Fransa yağışla mübarizə aparır

Fransanın şimalındakı Pas-de-Kale bölgəsində yağan güclü yağışların təxminən 20 yaşayış məntəqəsinə təsir etdiyi və genişmiqyaslı daşqınlara səbəb olduğu bildirilir. Fransa meteorologiya agentliyi Meteo-France-ın məlumatına görə, yağış və daşqın riski səbəbindən Pas-de-Kale bölgəsində 17 noyabrdan bəri "narıncı" xəbərdarlıq səviyyəsi qüvvədədir.Pas-de-Kale şəhərini günlərlə təsir edən leysan yağışlar gündəlik həyata da mənfi təsir göstərib.Milli medianın məlumatına görə, Pas-de-Kale əyalətindəki Fruges şəhərinin ortasından keçən yol su altında qalıb. Sakinləri bir nöqtədən digərinə daşımaq üçün traktorlardan istifadə olunub.Nigar