Vüsalə Əlizadə: "O uşaq ki təşəkkür edir, artıq tərbiyəsi yerindədir"

"O uşaq ki təşəkkür edir, artıq tərbiyəsi yerindədir".

Bu sözləri aparıcı Vüsalə Əlizadə özünün "İncə səhər" verilişində deyib.

"Öyrəndiyimiz o ədəb-ərkan, əxlaq mövzularına daxil olan ən böyük, ən vacib amillərdən biri də anamın bizə öyrətdiyi təşəkkür etmək qabiliyyətidir. Təşəkkür etmək qədər ən gözəl tərbiyə nümunəsi ikinci bir şey ola bilməz. Yaradana şükür etmək, valideynlərinə təşəkkür etmək..." -deyə Əlizadə qeyd edib.

Aparıcı vurğulayıb ki, sosial şəbəkələrdəki videolarda bunu edən uşaqları görəndə sevinir:

"Adi sosial şəbəkədə bəzən baxırsan ki, valideynlər bloglar çəkirlər, övladını görüntüsünə görə, şirinliyinə görə... Bir şeylər hazırlayırlar. Nəysə sima olmaq istəyirlər, məşhur olmaq istəyirlər, influencer kimi çalışmaq istəyirlər. Və baxırsan ki, uşaqların yaxşı tərəfini göstərəndə, amma orada elə bir nüansı təbliğ edir ki, bu bizə çox toxunur.