Putin: 1990-cı illərin əvvəllərindəki vəziyyətə qayıtmağın mənası yoxdur

“Rusiya Avropanın təhlükəsizlik arxitekturasının qurulması məsələsində heç nədən güzəştə getmək niyyətində deyil, kompromislər axtarmağı planlaşdırır və bu, tamamilə mümkündür”.

Bunu Rusiya Prezidenti Vladimir Putin APEC sammitinin yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

“Biz heç nədən güzəştə getmək niyyətində deyilik, kompromislər axtarmaq niyyətindəyik. Mənə elə gəlir, bu, tamamilə mümkündür. Əvvəlki suallardan birinə cavab verərkən də demişdim ki, həyat dəyişir və 1990-cı illərin əvvəllərindəki vəziyyətə qayıtmağın heç bir mənası yoxdur”, - Rusiya lideri vurğulayıb.