2026-cı ilin yanvar-oktyabr ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6 792 cinayət faktı aşkarlanıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, aşkarlanan faktlardan 1 975-i narkotik vasitələrin qanunsuz satışı, 4 662-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 153-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 9 ton 049 kq 295,58 qram narkotik vasitələrin və psixotrop maddələrin 7 ton 860 kq 330,386 qramını marixuana, 399 kq 659,103 qramını heroin, 165 kq 927,417 qramını tiryək, 253 kq 763,447 qramını həşiş, 15,849 qramını kokain, 137 kq 403,353 qramını digər narkotik vasitələr və 232 kq 196,025 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı, 55 732 ədəd həb metadon, 21 382 ədəd çətənə bitkisi, 29 həb psixotrop maddə, 1,018 qram prekursor, 485,058 qram və 283 ədəd güclü təsir edən, eləcə də 970,1 qram zəhərli maddələr aşkar edilərək götürülüb.