Ermənistanın Aİİ üzvlüyü bu tarixdə dondurulacaq

Ermənistanın Aİİ üzvlüyü dekabrın 22-də dondurula bilər.

Bu barədə Ermənistan mediası mənbələrə istinadla məlumat yayıb.

“Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasətindən narazıdır. Dekabr ayında o, Aİİ-nin tədbirlərində iştirak etmək və Rusiya rəhbərliyi ilə ikitərəfli danışıqlar aparmaq üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırır”, - mənbə bildirib.

Qeyd olunub ki, mümkün qərar Belarus, Qazaxıstan və Qırğızıstan liderlərinin mayın 29-da verdiyi bəyanatla əlaqələndirilir:

“Onlar Ermənistana AB ilə Aİİ arasında seçimlə bağlı referendum keçirməyi təklif ediblər. Həmin vaxt Paşinyan belə bir səsvermənin keçirilməsi üçün heç bir əsasın olmadığını bildirmişdi”.