Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya, ABŞ və Çin liderləri Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında bu gün keçirilən üçtərəfli danışıqların nəticələri ilə bağlı şərh verməkdən imtina edib.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Görüşün necə keçdiyi və uğurlu olub-olmadığı soruşulduqda nazir danışıqları aparan şəxsin özü olmadığını qeyd edib: “Danışıqları prezident apardı, siz nə düşünürsünüz?”.