Si Cinpin danışdı, Tramp yatdı - VİDEO

Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində ABŞ Prezidenti Donald Trampın davranışı diqqət çəkib.

Görüntülər sammitin canlı yayımı zamanı çəkilib.

Çin lideri Si Cinpinin çıxışı zamanı D.Trampın gözlərini uzun müddət yumması, başını aşağı əyməsi və qarşısındakı masaya söykəndiyi kameralara düşüb.

ABŞ Prezidentinin həqiqətən yuxuya gedib-getmədiyi məlum olmasa da, bu kadrlar sosial mediada tez bir zamanda geniş yayılıb və dünya miqyasında milyonlarla insan tərəfindən izlənilənilib. “South China Morning Post” nəşri də Trampın Çin liderinin çıxışı zamanı mürgülədiyini yazıb.

Qeyd edək ki, sammitdə Rusiya Prezidenti Vladimir Putin və Kanadanın Baş naziri Mark Karni də kameraların obyektivinə tuş gəlib. Putin çıxışdan sonra, Karni isə qeydlər apararkən görüntülənib.