“İnter Mayami”də oynayan “Barselona”nın keçmiş hücumçusu Luis Suares Lionel Messi və Neymarla birlikdə oynadığı vaxtlardan danışıb.
Suares bu barədə İspaniya mətbuatına müsahibəsində bildirib:
“Messi, Neymar və mənim aramda heç bir eqoizm yox idi. Bir-birimizi başa düşürdük, bir-birimizə kömək edirdik. Kimin qol vurmasının fərqi yox idi. Cərimə zərbələrini və penaltiləri bölüşürdük. Onlar mənə “Qızıl buts”u qazanmağa kömək etdilər.
O illər böyük yoldaşlıq illəri idi və bu, bizi daha da gücləndirdi”.