Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Azərbaycanla sülh müqaviləsi Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra imzalanacaq.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.

O bildirib ki, yeni Konstitusiyanın qəbul edilməsi zərurəti təkcə Bakı ilə sülh gündəliyindən deyil, həm də mövcud reallıqlardan irəli gəlir:

“1990-cı illərdə qəbul edilmiş Konstitusiya ilə bugünkü reallıqlar, hazırkı geosiyasi vəziyyət tamamilə fərqlidir. Beş il əvvəlki Ermənistanla indiki Ermənistan eyni deyil”.