Azərbaycanda ali təhsil müəssisələrində tədrisə cəlb edilmiş yerli professor-müəllim heyətinin əməyinin ödənilməsi zamanı 4,6 milyon manat məbləğində vəsaitin təkrar xərcləndiyi müəyyən edilib.
Bu barədə Hesablama Palatasından bildirilib.
Məlumata görə, Palata bu il Elm və Təhsil Nazirliyi və seçilmiş ali təhsil müəssisələrində səmərəlilik auditi aparıb.
Audit ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə fəaliyyətləri əhatə edib.
Təkrar icra edilmiş 4,6 milyon manat vəsaitin müvafiq qaydada bərpası ilə bağlı Maliyyə Nazirliyinə və Elm və Təhsil Nazirliyinə müraciət olunub. (Plat.az)