Tbilisidə yaşayış binası partladı - yaralanan və itkin düşənlər var

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında partlayış baş verib.

“İmedi” telekanalına istinadən, hadisəyə səbəb qaz sızması olub.

Nəticədə binanın bir hissəsi uçub.

İlkin məlumata görə, partlayış səbəbindən 4 nəfər yaralanıb, daha 7 nəfər isə itkin düşüb. Onlardan üçünün uşaq olduğu bildirilir.