"Uzak şehir" serialının bu mövsüm final edəcəyi və baş rol aktrisası Sinem Ünsalın layihədən ayrılacağı ilə bağlı iddialar yayılıb.
Ekran işi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyi məlum olub.
Bildirilib ki, serialın bu mövsüm final edəcəyi və Sinem Ünsalın layihədən ayrılacağı barədə xəbərlər əsassızdır. Bundan əlavə, ekran işinin yeni mövsümdə də davam etdirilməsi planlaşdırılır.
Qeyd edək ki, serialın baş rollarında Sinem Ünsal və Ozan Akbaba yer alır.