“Ermənistanın hazırkı konstitusiyası yeni dövrün reallıqlarına uyğun gəlmir”.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.
“Konstitusiya dəyişiklikləri bizə lazım idi, indi də lazımdır və bu, Ermənistan Respublikası ilə bağlı məsələdir. 1990-cı illərdə qəbul edilmiş Ermənistan konstitusiyası ilə bugünkü reallıqlar, bugünkü geosiyasi vəziyyət tamamilə fərqlidir. Beş il əvvəlki Ermənistan indiki Ermənistanla eynidirmi? Əlbəttə, yox. Bəs 35 il əvvəlki dünya ilə indiki dünya eynidirmi? Dünya 35 il əvvəlki kimi qalmayıb. Sonuncu dəfə Ermənistan Respublikasının konstitusiyasına dəyişikliklərlə bağlı 2020-ci ilin fevral ayında təşviqat kampaniyasına başlamışasaq da, həmin vaxt koronavirus pandemiyası başladı”, - o bildirib.