“PAŞA Holding” MMC-yə daxil olan “PAŞAİnvest I” Kommandit Ortaqlığının nizamnamə kapitalı azaldılıb.
Şirkətin nizamnamə kapitalı 25 avqust 2026-cı il tarixində 761 min 267,06 manat azaldılaraq 29 milyon 778 min 96,58 manatdan 29 milyon 16 min 829,52 manata endirilib.
Beləliklə, şirkətin nizamnamə kapitalı təxminən 2,6% azalıb.
Qeyd edək ki, “PAŞAİnvest I” 2022-ci ilin aprel ayında 1 000 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. “PAŞA Holding”ə bağlı olan şirkətin qanuni təmsilçisi Nəriman Sərdarlı Həsən oğludur.