ABŞ prezidenti Filippində ASEAN sammitində iştirak etdikdən sonra Çinə yollanıb. 80 yaşlı prezidentin qrafiki olduqca sıx olub. Çinin Şençjen şəhərində keçirilən APEC sammitində dünya liderləri danışıqların yeni gününə başlayarkən ABŞ prezidenti Donald Trampın oturduğu yerdə mürgülədiyi görüntülənib.
Çin sədri Si Cinpin Asiya-Sakit okean regionu ilə bağlı Çinin gözləntilərini açıqladığı zaman 80 yaşlı Trampın canlı yayımda gözlərini yumaraq mürgülədiyi müşahidə olunub.
Bu arada Rusiya prezidenti Vladimir Putin diqqətlə çıxışı izləyib, Kanadanın baş naziri Mark Karni və Honkonqun rəhbəri Con Li isə qeydlər aparıblar.
Yaponiya baş naziri Sanae Takaiçinin isə Si Cinpinin çıxışının bəzi hissələrində gülümsədiyi diqqət çəkib.