Rusiyalı qarışıq döyüş sənəti döyüşçüsü Şara Bullet, UFC-nin yüngül çəki dərəcəsində ikinci sırada yer alan erməni Arman Tsarukyanla mümkün döyüş barədə fikirlərini bölüşüb.
Şara “Makarena” YouTube kanalına verdiyi müsahibədə bildirib:
“Bizim ölçülərimiz fərqlidir. Nəzəri cəhətdən, əlbəttə, bu mümkündür, amma özümdən daha kiçik birini məğlub etməyim mənə şərəf gətirməz. Mən iri rəqiblərlə döyüşürəm. Tsarukyan mənim məğlub etdiyim rəqiblərin bir çoxunun öhdəsindən gələ bilməzdi”.