Bakıda aşan ağac evin girişini bağlayıb, 2 nəfər köməksiz vəziyyətdə qalıb - VİDEO

Bakıda aşan ağacın qarşısını kəsdiyi fərdi yaşayış evində köməksiz vəziyyətdə qalan 2 nəfər təxliyə edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, paytaxtın Nəsimi rayonu, S.Əsgərova küçəsində güclü külək nəticəsində irigövdəli ağac aşaraq fərdi yaşayış evinin giriş-çıxış hissəsini bağlayıb və 2 sakin evi tərk edə bilməyib. Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub və vətəndaşlar xüsusi vasitələrin köməyi ilə təxliyə ediliblər.